Esteban Okon 2026-cı il mövsümünün sonunda “Haas” komandasını və Formula-1-i tərk edərək Dünya Dözümlülük Çempionatında “Toyota” komandasına keçəcək.
Fransalı pilot “Haas”da 2025-ci ildən çıxış edir və hazırda komanda yoldaşı Oliver Bermandan geri qalır.
Okonun ABŞ komandasındakı yerini 2027-ci ildən “Ferrari” akademiyasının üzvü Rafael Kamara tutacaq. Braziliyalı pilot 2021-ci ildə “Ferrari” akademiyasına qoşulub və 2024-cü ildə FRECA çempionu olub. Kamara 2025-ci ildə “Trident”lə Formula-3 çempionluğunu qazanıb, bu mövsüm isə “Invicta Racing”in heyətində “Formula-2”də mübarizə aparır. O, Bakıda əsas yarışlardan birində qələbə qazandıqdan sonra çempionatın liderliyini ələ keçirib.
Kamara avqustun sonunda Portimaoda “Haas”ın testlərində iştirak edib.