Çexiyanın U-21 yığma komandasının baş məşqçisi Mixal Bilek UEFA AVRO-2027 U-21 seçmə mərhələsinin B qrupunun 8-ci turunda Masazırda Azərbaycanla 1:1 hesablı nəticəni şərh verib.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıdakı oyunla bağlı bunları deyib:
"Matç ərzində bir neçə dəqiq qol şansı yaratdıq və onların sayəsində nəticəni öz xeyrimizə həll edə bilərdik. Ümumilikdə, ilk hissə ikinci hissədən daha yaxşı keçdi, amma qələbə qazanmaq üçün kifayət etmədi. Müdafiədə çox zəif oynadıq, lazımsız yerə topu itirdik. İkinci hissədə daha çox hücum etmək istədik, amma əhəmiyyətli qol şansları yaratmadıq. Matçın sonlarına doğru təzyiq göstərdik, amma yenə də praktik olaraq heç nə yaratmadıq".