Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən verir ki, D Liqasında 2-ci qrupun oyununu  Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona yan xətdə Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam olacaq.

Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right