İspaniya klubunun qolkiperi başından ciddi zədə aldı yeməkxanada üzərinə iri konstruksiya düşdü

“Malyorka”nın qapıçısı İvan Kuelyar klubun yeməkxanasında baş verən hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Newsport.az xəbər verir ki, İspaniya klubu açıqlamasında bunları bildirib:

“Bu səhər İvan ‘Piçu’ Kuelyar klubun idman kompleksinin yemək zalındakı dekorasiyanın bir hissəsi olan iri konstruksiyanın uçması nəticəsində başından ciddi zədə alıb.

Futbolçu xəstəxanaya çatdırılıb və növbəti 24 saat ərzində həkim nəzarəti altında saxlanılacaq”.

42 yaşlı Kuelyar 2023-cü ildən “Malyorka”nın futbolçusudur. O, daha əvvəl “Atletiko”, “Sportinq Xixon” və “Leqanes” kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right