Mahir Emreli: "Bizi çox önəmli oyun gözləyir"

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin hücumçusu Mahir Emreli fikirlərini bölüşüb.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, yığma komandamızın forvardı matçdan gözləntilərini belə açıqlayıb: 

"Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right