İspaniyalı yarımmüdafiəçi Martin Subimendi yanvarda “Arsenal”dan ayrılaraq “Çelsi”yə keçəcək.
Newsport.az xəbər verir ki, b haqda "El Nacional" məlumat yayıb.
“Çelsi” 27 yaşlı futbolçu üçün təxminən 70 milyon avro təklif edəcək.
Bildirilib ki, Subimendi London klubunun baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında çıxış etməyə razıdır. O, artıq "Çelsi" ilə anlaşıb.
İspaniyalı futbolçu “Arsenal”a ötən ilin yayında “Real Sosyedad”dan keçib. O, əvvəlcə Mikel Artetanın əsas heyətində müntəzəm oynasa da, son dönəmdə daha az şans qazanıb.
Submendinin “Arsenal”la müqaviləsi 2030-cu ilin iyununadək qüvvədədir.