"Çelsi" və "Milan" "Barselona"nın ulduzu üçün hərəkətə keçdi

"Barselona"nın müdafiəçisi Aleks Balde artıq yanvar ayında klubu tərk edə bilər.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Juan Jezus özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, "Liverpul" ispaniyalı futbolçuya olan marağını qoruyub saxlayır, "Çelsi" və "Milan" isə qış "transfer pəncərəsi"ndə onu heyətinə qatmaq üçün fəal addımlar atırlar.

London klubunun baş məşqçisi Xabi Alonso 22 yaşlı müdafiəçinin potensialını yüksək qiymətləndirir. "Milan"ın sükanı arxasında əyləşən Ruben Amorim isə Baldeni komandasının sol cinah müdafiəsindəki problemlərinin ideal həlli hesab edir.

Qeyd olunur ki, Balde "Barselona"nın heyətində Xavi Espart və Joao Kanselunun ondan daha öndə olduğunu anlayır. Bu səbəbdən ispaniyalı futbolçu karyerasında ilk dəfə "Barsa"dan ayrılmağı real variant kimi nəzərdən keçirməyə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right