UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı

UEFA Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Ethan Mbappeni 3 oyunluq cəzalandırıb.

Newsport.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Betis”lə keçirilən matçda (2:3) birbaşa qırmızı vərəqə alıb.

Mbappe oyunun gedişində rəqib komandanın müdafiəçisi Natanla insident yaşayıb. O, əli ilə rəqib futbolçunun üzünə zərbə endirib. Görüşün baş hakimi Georgi Kabakov VAR-a baxdıqdan sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.

Bu səbəbdən Mbappe Çempionlar Liqasında “Arsenal”, “Qalatasaray” və “Bude-Qlimt”lə oyunlarda komandasına kömək edə bilməyəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right