FİFA prezidenti Canni İnfantino Bakıya gəlib.
Newsport.az saytının məlumatına görə, FİFA rəhbərinin səfərində məqsəd ilk dəfə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlardan ibarət komandaların Dünya Çempionatı və Festivalı üçün görülən işlərlə tanış olmaqdır.
Bu gün FİFA prezidenti Hövsanda 12 hektarlıq ərazidə tikilən 10 mini-stadionun inşası ilə tanış olub.
Xatırladaq ki, dünya çempionatı oktyabrın 22-dən 31-dək davam edəcək və mundialın oyunları Hövanda inşa olunan kompleksdə keçiriləcək.