Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Avstraliya ilə heç-heçədən (1:1) sonra komandası barədə səsləndirilən tənqidlərə münasibət bildirib.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis tənqidlərin onun komandanın gələcəyi ilə bağlı fikirlərinə təsir etmədiyini deyib.
“İşimizin tənqid olunması yaxşıdır. Həmişə belə olub və həmişə belə olacaq. Lakin bu, mənim milli komandanın gələcəyi ilə bağlı düşüncələrimə heç bir şəkildə təsir etmir və onu necə gördüyümü dəyişmir.
İlk oyunda nəticə bizim üçün əsas prioritet deyildi. Gənc və yeni futbolçulara baxmaq, onlara oyun vaxtı və özlərini göstərmək imkanı vermək istəyirdik. Bu baxımdan görüş faydalı oldu.
Əlbəttə, daha yaxşı oynaya bilərdik. Bununla yanaşı, rəqibin nə qədər keyfiyyətli çıxış etdiyini də nəzərə almaq lazımdır. Növbəti matç isə ilk görüşdə iştirak etməyən digər futbolçular və gənclər üçün şans olacaq.
Hazırda bizim prioritetimiz budur. Rəsmi yarışlardan əvvəl heyət barədə mümkün qədər dəqiq təsəvvürə malik olmaq üçün futbolçularımı daha yaxşı tanımaq istəyirəm. Oyunçu seçimində səhvlərə yol verməmək mənim üçün vacibdir”.
Xatırladaq ki, Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.