APL: VIII turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək turun qarşılaşmaları 16, 17 və 18 oktyabr tarixlərində keçiriləcək. Açılış günündə "Şamaxı" öz meydanında "Şəfa"nı, "Sumqayıt" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.

Növbəti gün "Qəbələ" – "Sabah" və turun mərkəzi qarşılaşması sayılan "Qarabağ" – "Neftçi" matçları baş tutacaq.

Turun son günündə isə "Turan Tovuz" "İmişli"ni, "Kəpəz" isə "Zirə"ni sınağa çəkəcək.

Premyer Liqa
VIII tur
16 oktyabr (cümə)

"Şamaxı" – "Şəfa"
Şamaxı şəhər stadionu, 15:00

"Sumqayıt" – "Araz-Naxçıvan"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

17 oktyabr (şənbə)

"Qəbələ" – "Sabah"
Qəbələ şəhər stadionu, 16:00

"Qarabağ" – "Neftçi"
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

18 oktyabr (bazar)

"Turan Tovuz" – "İmişli"
Tovuz şəhər stadionu, 16:00

"Kəpəz" – "Zirə"
Gəncə şəhər stadionu, 18:30





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right