“Mingəçevir Reqatası-2026”: Azərbaycan idmançıları ilk gündə 4 medal qazanıb

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin Füzulidə təşkil olunan ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, Köndələnçay su anbarında təşkil olaunan ilk mərhələdə 1 nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar təşkil olunub.

2008/2009 təvəllüdlülərin 1 nəfərlik kanoe yarışında Azərbaycan təmsilçisi Hüseyn Səmədli 51.48 nəticə ilə üçüncü yeri tutub.

2008/2009 təvəllüdlülərin 1 nəfərlik kayak yarışında Əlimurad Hacızadə (45.29) çempion olub. Azərbaycanın digər təmsilçisi Nuran Rəhimli (47.92) isə ikinci pillədə qərarlaşıb.

2010/2011 təvəllüdlü idmançıların 1 nəfərlik kayak yarışında Elmir Tarverdiyev (44.67) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right