Təbriz Həsənov: “Futbolçuların hamısı eyni səviyyədə deyil“

“Birinci hissədə pis oynamadıq. Amma fasilədən sonra eyni tempdə davam edə bilmədik. Bunun səbəbi müəyyən qədər yorğunluq olmasıdır. Bir neçə gün əvvəl Rusiya yığması ilə 2 yoldaşlıq oyunu keçirmişik“.

Newsport.az-ın məlumatına görə, bu sözləri  17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Ukraynaya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

“Oyunun gedişində müəyyən dəyişikliklər etmək üçün fasilədə əvəzetmələri də sınadıq. Amma bu gün heyətdə olan futbolçuların hamısı eyni səviyyədə deyil. Axtarışlarımız davam edir. Avropa çempionatının başlanmasına təxminən 2 ay vaxt qalır. Çalışacağıq ki, zamandan səmərəli istifadə edək” - deyə o bildirib.

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right