Türkiyə Super Kuboku matçlarının vaxtı açıqlandı

Türkiyə Super Kubokunda yarımfinal və final matçlarının tarixi açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Yarımfinal oyunları 2027-ci ilin 4-5 yanvar tarixlərində baş tutacaq. Burada "Qalatasaray"la "Konyaspor", "Fənərbaxça" ilə "Trabzonspor" üz-üzə gələcək. Final görüşü isə yanvarın 9-da təşkil olunacaq.

Qeyd edək ki, Super Kubokun son qalibi finalda "Qalatasaray"a qalib gələn "Fənərbaxça" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right