Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığmaları arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Bayıl stadionunda baş tutacaq oyun saat 11:00-da başlayacaq.
Qarşılaşmanı Yuliya Qurbanova, Maya Nəbiyeva, Ülviyyə Mustafayeva, Sədaqət Vəliyevadan ibarət hakimlər briqadası idarə edəcək. Oyun CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
Xatırladaq ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş yoldaşlıq oyunu 3:0 hesabı ilə Macarıstan yığmasının xeyrinə başa çatıb.
25 fevral
Yoxlama oyunu
11:00. Azərbaycan (U-17) - Macarıstan (U-17) - 0:1 (İkinci hissə)
Qol: Basaş, 67 (0:1)