"Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Newsport.az-ın məlumatına görə,söhbət son mövsümü "Xəzər Lənkəran”da keçirən Orxan Əliyevdən gedir.
Hərbi xidmətdə olduğu üçün I Divizion klubu MOİK-ə məxsus olan futbolçu hazırda Gəncə təmsilçisinin düşərgəsində məşq edir.
Böyük ehitmalla onunla yaxın günlərdə müavilə imzalanacaq. Əldə etdiyimiz məlumata görə, Əliyev mövsümün sonuna qədər icarə əsasında "Kəpəz”in uğurları üçün çalışacaq.