Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edib.
Newsport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 41 yaşlı hücumçunun yaxın saatlarda Madriddəki şəxsi təyyarəsinə minərək Səudiyyə Ərəbistanına yollanacağı bildirilib.
Qeyd edək ki, Portuqaliya millisi oktyabrın 1-də Millətlər Liqasının A Liqasının 3-cü turunda Danimarka ilə qarşılaşacaq.
Xatırladaq ki, Portuqaliya Millətlər Liqasında indiyədək iki oyun keçirib. Ronaldo Uelslə matçda (1:0) 67 dəqiqə meydanda olub, nəticə ilə bağlı heç bir göstəriciyə imza atmayıb. Norveçlə görüşdə (2:1) isə meydana çıxmayıb.