“İnter”in aparıcı oyunçusu AZAL-la oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının XX turunda "İnter” doğma meydanında "Qəbələ”yə 1-0 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə,"İnter” sözügedən qarşılaşmada məğlub olmaqla yanaşı aparıcı oyunçularından birini itirib. 
 
Belə ki, "bankirlər”in aparıcı mərkəz müdafiəçisi Zurab Xizanişvili oyunun gedişi zamanı zədələnib. İlk ehtimallara görə, futbolçu əzələsini dartıb. Lakin müdafiəçinin son durumu saban keçiriləcək MRT müayinəsindən sonra bəlli olacaq. 
 
Zurabın böyük ehtimalla Topaz Premyer Liqasının XXI turunda AZAL-la qarşılaşmada iştirak etməyəcəyi gözlənilir. 
 
Qeyd edək ki, AZAL – "İnter” oyunu fevralın 13-də baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right