Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanında "Xəzər Lənkəran”ı qəbul edəcək "Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.
Newsport.az saytının məlumatına görə, Ağdam klubunun yeni transferi Rahid Əmirquliyev "Xəzər Lənkəran”a qarşı oynamayacaq.
Komandanın məşqi zamanı zədə alan futbolçunun daha əvvəl kapitanı olduğu "Xəzər Lənkəran”la qarşılaşmada iştirak etməyəcəyi dəqiqdi.
Əldə etdiyimiz məlumata görə, Əmirqquliyev hazırda komandadan ayrı, fərdi qaydada məşq edir.