Qurban Qurbanov: “Komandada 3-4 hücumçu olsa da...”

Azərbaycan Prmeyer Liqasının XIX turunda "Qarabağ” səfərdə AZAL-ın qonağı olub. Qarşılaşma AZAL-ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görəoyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: 
 
- AZAL-a məğlub oldunuz. Fikirləriniz necədir?
- Məğlub olmaq istəmirdik. Uzun müddətdir ki, Bakıda oyun keçirmirdik.  Düşündüklərimizin tam əksi oldu.  Qol imkanlarımız oldu. Sadəcə, son nöqtəni qoya bilmədik.  Qələbə münasibəti ilə Tərlan Əhmədovu təbrik edirəm. Yaxşı kollektiv yaratmağı bacarıb. 
 
- Komandada hücumçu problemi var. Düşünmürsünüz ki sizə çətin olacaq?
- 3-4 hücumçumuz olsa da, daima narazılıq olub.  Daima axtarışdayıq. Samuel Armenteros tam hazır deyil.  Yavaş-yavaş Reynaldo da hazır olacaq. 
 
- Rahid Əmirquliyevin zədələnməsi planlarınızı pozdu?
- Rahidlə 3 oyun başqa sistemdə oynamışıq.  Bu gün isə fərqli sistemdə oynadıq. Rahidin zədələnməsi planlarımızı pozdu desək, düzgün çıxmaz. Rahidi komandaya güvənib transfer etmişik. İstənilən futbolçumuzun zədəli olması bizim üçün problemdi. 
 
- Buraxılan qolun oyundankənar vəziyyətdən vurulduğunu düşünmürsünüz?
- Hakimin qərarları meydanda həmişə düzdü. Oyundankənar vəziyyət olsa olmasa da hakimin səhv etdiyini deyə bilmərik. Oyundankənar vəziyyət olsaydı, hakim bayrağını qaldırardı. 
 
- Baxışda olan Elgün Uluxanovla bağlı qərar vermisinizmi?
- Elgün Uluxanovla müqavilə imzalamışıq. Sənədlərinin gəlməsini gözləyirik. Əvəzedici komandada çıxış edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right