"Qarabağ" 1 milyon avroya müdafiəçi alır

"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə belçikalı jurnalist Saşa Tavolyeri və Macarıstanın "Nemzeti Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, Ağdam klubu Macarıstanın "Zalaegerszeg" komandasının müdafiəçisi Bense Varkonyinin transferi ilə bağlı razılıq əldə edib.

"Qarabağ" 24 yaşlı macar mərkəz müdafiəçisi üçün 1 milyon avro ödəyəcəyi iddia olunub. Varkonyi ilə 3 illik müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, macar futbolçunun "Zalaegerszeg"lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right