"Kəpəz" milli komandamızda oynamış futbolçularla maraqlanır

"Kəpəz" transfer çalışmalarını davam etdirir.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisi hazırda yerli futbolçularla danışıq aparır. 

Premyer Liqa klubu ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş Coşqun Diniyev və Bəxtiyar Həsənalızadəni heyətinə qatmaq üçün çalışır. 

Komandanın yeni baş məşqçisi Azər Məmmədov da yığma komandamızın sabiq üzvlərini sərəncamında görmək istəyir.

Transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə dəqiqləşəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right