"Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm" - "Qarabağ"ın yeni transferi

"Qarabağ"ın yeni transferi Zakaria Savo Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "VSG Tirol"la keçirilən matçdan (0:4) sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, bu matçda het-trikə imza atan Savo klubun mətbuat xidmətinə bunları qeyd edib:

"Özümü yaxşı hiss edirəm. Yaxşı oyun oynadığımızı düşünürəm. Bir qədər yavaş başlasaq da, ikinci hissədə yaxşı oynadıq. Vurduğum qollar üçün çox xoşbəxtəm".

- Yeni mövsümə hazırlıqlar necə gedir?

- Bakıda hazırlığımıza yaxşı başladıq. Yeni komanda yoldaşlarımla burada olmaq gözəl hissdir. Məncə hər şey çox yaxşıdır".

- Azarkeşlərə nə demək istəyərdiniz?

- Avrokuboklara haqq qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right