"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranmış fasilədən istifadə edərək Ağdama səfər edib.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis səfər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib.
Ziyarət zamanı Qurbanov “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.
Qeyd edək ki, Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqla yanaşı, “Qarabağ” klubunun tarixində də mühüm yer tutur. O, komandanın ən çətin dövrlərində klubun yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı istiqamətində əhəmiyyətli xidmətlər göstərib.