"Şəfa"nın yeni baş məşqçisi bəlli oldu

Premyer Liqaya vəsiqə qazanan “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Zaur Həşimov təyin olunub. Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.

Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda "Zirə" klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right