"Qəbələ" də kapitanla vidalaşdı

“Qəbələ”nin kapitanı Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.  

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.  M.Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb, 4 qol vurub. 

O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub. 

Klub Murad Musayevə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right