"Turan Tovuz"un Konfrans Liqasındakı potensial rəqibləri

UEFA Konfrans Liqasında ölkəmizi "Turan Tovuz" təmsil edəcək.

Newsport.az xəbər verir ki, Qərbə bölgəsi təmsilçisinin Konfrans Liqasının ikinci mərhələsindəki potensial rəqibləri dəqiqləşib.

Tovuz klubu "Panatinaikos" (Yunanıstan), "Partizan" (Belqrad,Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), Riyeka ("Xorvatiya"), "ÇFR Kluj" (Rumıniya), HJK (Finlandiya), "Jrinski Mostar" (Bosniya və Herseqovina), RFS (Latviya), "Astana" (Qazaxıstan), "Brann" (Norveç), "Jalqiris" (Litva), "Şkendiya" (Şimali Makedoniya), "Spartak" (Trnava, Slovakiya), "Balkani" (Kosovo), "Hradec Kralove" (Çexiya) və "Linfild" (Şimali İrlandiya) komandaların biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci tur oyunları 23-30 iyul tarixlərində keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right