Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin "Qəbələ”də baxışda olması iləbağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumtaına görə, artıq "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 28 yaşlı futbolçu ilə bağlı qərar qəbul edib.
Əldə etdiyimiz məlumata görə, Qriqorçuk Paşayevin oyununu bəyənib. Müqavilə ilə bağlı danışıqlardan sonra futbolçu ilə rəsmi saziş imzalanacağı gözlənilir.
Qeyd edək ki, Paşayev "Atlant” klubunun yetirməsidir. Müdafiəçi karyerası ərzində "Dnepr”, "Krivbass”, "Karpatı” və "Metallurq” kimi klubların şərəfini qoruyub. Ukraynanın aşağı yaşı qrupları üzrə milli komandasının formasını geyinən futbolçu 2015-ci ildə Azərbaycanın əsas milli komandasının heyətində dubl edib.