"Azərbaycan millisi sonda qələbə qolunu vura bilərdi"

17 yaşlılardan ibarət millimiz Valentin Qranatkinin xatiəsinə həsr olunmuş turnirdəki ilk matçında U-17 millimizlə 1:1 bərabərə qalan Latviyanın U-19 komandasının baş məşqçisi Aleksandr Basov görüşlə bağlı fikirlərini açıqlayıb.
 

Newsport.az-ın məlumatına görə, Basov oyunun bərabər səviyyədə keçdiyini bildirib:

"Birinci oyun idi. Bu səbəbdən də komandada müəyyən həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun keçdi. Lakin sonda Azərbaycan millisi qələbə qolunu vura bilərdi. Buraxılan qolu hesaba almasaq, komandamdan razı qaldım".

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right