"Xəzər Lənkəran" və AZAL qalib gəldi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib.

Newsport.az -ın məlumatına görə, ikinci oyun gününə daha 2 qarşılaşma baş tutub.

Mövsümə iddalı başlayan  “Sumqayıt” öz meydanında AZAL-la qarşılaşıb. “Kimyaçılar” bu görüşdə məğlub olub, liderliyi əldən veriblər.

Günün ikinci oyunu Lənkəranda keçirilib.. Burada yeli “Xəzər Lənkəran” Premyer Liqamızın dübütandı “Araz Naxçıvan”ı məğlub edib.
 
Qeyd edək ki, Premyer Liqada 6-cı tura bazar günü keçiriləcək “Qarabağ” – “Simurq” oyunu ilə yekun vurulacaq. 


 

20 sentyabr (cümə)

Azərbaycan Premyer Liqası, 6-cı tur


19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan” 2:0

Qollar: Qalin İvanov, 73 (1:0), Ağabala Ramazanov, 88 (2:0)
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov
Lənkəran şəhər stadionu.


“Xəzər Lənkəran”: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 6. Rəşad Sadiqov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov, 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 39. İlqar Ələkbərov, 99. Deyan Blajevski


“Araz Naxçıvan”: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 7. Ramal Hüseynov, 9. Qərib İbrahimov, 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov, 21. David Janelidze, 44. Saşa Yunisoğlu, 91. Kamil Nurəhmədov

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 15. Ruslan Nəsirli, 23. Elnur Abdulov

 

17:00. “Sumqayıt” – AZAL - 0:1
Qol: 
Freddi Mombonqo, 24 (0:1) 
Hakimlər:
 Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt stadionu, süni örtüklü meydança.


“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 17. Ramazan Abbasov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 86. Fərid Quliyev

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 11. Con Kordoba, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 7. Təmkin Xəlilzadə, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 25. Adil Nağıyev, 21. Novruz Məmmədov




19 sentyabr

“İnter” – “Bakı” - 7:0 
Qollar:
 Junior Nildo, 10, 19 (2:0), Arif Daşdəmirov, 30 (3:0), Baçana Sxadadze, 44 (4:0), 48 (5:0), Coşqun Diniyev, 73 (6:0), Nizami Hacıyev, 86 (7:0)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
Bakı. “İnter Arena” stadionu.


21 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu.

20:00. “Qarabağ” – “Simurq”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right