“Arsenal” 61 il idi belə aqibətlə üzləşmirdi

London “Arsenal”ı İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda “Bernli”yə 0:1 hesabıyla məğlub olub.
 
Newsport.az xəbər verir ki, bu, “topçular”ın cari mövsümdəki ardıcıl 4-cü ev məğlubiyyətidir.
 
Bununla da London klubu 61 il sonra ilk dəfə ardıcıl 4 ev məğlubiyyətinə üzülüb. “Arsenal” sonuncu dəfə belə aqibətlə 1959/60 mövsümündə üzləşmişdi.
 
Qeyd edək ki, hazırda 13 xalı olan “Arsenal” 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right