Milli komandanın üzvü qəzada öldü FOTO

Cənubi Afrika Respublikası (CAR) yığmasının müdafiəçisi Motjeka Madişa avtomobil qəzasında dünyasını dəyişib.
 

Newsport.az-ın məlumatına görə, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
 
“Mamelodi Sandaunz” klubunda çıxış edən 25 yaşlı futbolçunun şənbə günü Yohannesburq yaxınlığında avtomobili ilə qəzaya uğradığı bildirilib. Hadisə sözügedən klubun 50 illik yubileyinə həsr olunmuş tədbirdən sonra baş verib.
 
Madişa CAR yığmasında keçirdiyi 13 oyunda 1 qolla yadda qalıb.






Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right