Məşhur futbolçu bu mövsümün sonu karyerasını başa vuracaq

"Ayaks"ın hücumçusu Klaas-Yan Huntelaar bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə 37 yaşlı oyunçu "Voerbalzone"yə açıqlamasında bildirib:

"Futbol karyeramı bitirəcəyəm. Son bir aydır bu barədə düşünürdüm. Düşünürəm ki, bu, mənim son mövsümümdür.  Karyeramı başa vurduqdan sonra əvvəlcə istirahət edəcəyəm, ailəmlə birlikdə evdə olacağam. Sonra isə məşqçi diplomu almağı düşünürəm".

Qeyd edək ki, niderlandlı oyunçu karyerası ərzində "Ayaks"la yanaşı, "Herenven", "Real", "Milan" və "Şalke" kimi klublarda oynayıb.  Huntelaar Niderland millisi ilə dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right