"Aquero "Mançester Siti" tarixinin ən yaxşı hücumçusudur" Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Serxio Aqueronun vəziyyətindən danışıb.

Newsport.az-ın məlumatına görə, o, argentinalı oyunçunu klub tarixinin ən yaxşı hücumçusu hesab edib: "Serxio üçün darıxırıq, ancaq 6 ay ərzində dəfələrlə zədələndi. Formasını bərpa edənə qədər addım-addım işləyir. Digər oyunçular da çox çalışır. Bu gün Aquero mədə problemi yaşadı, məşq edə bilmədi, evdədir. Serxio "Mançester Siti"nin tarixinin ən yaxşı hücumçusudur. Növbəti matçları da onsuz keçirəcəyik, amma əminəm ki, formada olanda dərhal heyətə qayıdacaq".

Qeyd edək ki, Aquero bu mövsüm bütün turnirlərdə keçirdiyi 5 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right