"Arsenal"ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Mesut Özili yanvar ayında heyətə qaytara bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə o, goal.com-a açıqlamasında deyib:
"Özil komandada olmadığı müddətdə, diqqətimi əlimdəki oyunçu seçiminə yönəltdim. Buna baxmayaraq, yanvar ayında hər şey dəyişə bilər. Qərar vermək üçün vaxtımız olacaq".
Qeyd edək ki, Özil bu mövsüm meydana çıxmayıb. "Arsenal" 32 yaşındakı yarımmüdafiəçini bütün turnirlərdə heyətdən çıxarıb. Onun klubu ilə müqaviləsi 2021-ci il iyununda başa çatır.