“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger klubun futbolçusu Mesut Özil haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçinin həssas olduğunu bildirib:
“O bir sənətkardır. Dolayısı ilə Mesut kimi insanların xarakteri həssas olur. Ətrafdan dəstək gördüyü müddətdə əllərindən gələnin ən yaxşısını edirlər. Onunla işləmək heç də çətin deyil”.
Qeyd edək ki, Venger 1996-2018-ci illərdə London klubunda işləyib.