İran çempionatında 5-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. Təbriz klubu 5-ci turda evdə “Foolad”la qarşılaşıb. Matçda hesab açılmayıb- 0:0.
Qeyd edək ki, “Traktor” turnir cədvəlində 16 komanda arasında 6 xalla 12-cidir. Sıralamaya aktivində 10 xal olan “Gol Gohar” başçılıq edir. “Persepolis” 8 xalla 2-ci, “Esteqlal” eyni xalla 3-cüdür.