"Mançester Yunayted"in futbolçuları Edinson Kavani və Antoni Marsyal zədələniblər.
Newsport.az-ın məlumatına görə, onlar İngiltərə Premyer Liqasının 11-ci turunda "Vest Hem"lə matçda sıradan çıxıblar. Məlumatı klubun baş məşqçisi Ole-Qunnar Sulşer təsdiqləyib.
Hücumçuların Çempionlar Liqasında "Leypsiq" və ölkə çempionatında "Mançester Siti" ilə görüşü buraxa biləcəyi vurğulanıb.
Qeyd edək ki, "Vest Hem" - "Mançester Yunayted" görüşü qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.