Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Rostov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Azər də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.
“Ufa” 17 oyuna topladığı 13 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.