Çexiya II liqasında XII turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Yihlava” ilə heç-heçə edib - 1:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Bu mövsüm bir qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
12 turdan sonra 19 xalı olan “Viktoriya” 6-cı pillədə qərarlaşıb.