Gürcüstanın “Samtrediya” klubunda çıxış edən Nicat Qurbanov Azərbaycana qayıdıb. Buna səbəb futbolçunun zədələnməsidir.
Newsport.az-ın məlumatına görə, son məşqlərin birində xəsarət alan oyunçu qonşu ölkədə mövsümün bitməyinə az qaldığı üçün orda qalmağı vacib hesab etməyib. Nicatın yenidən “Samtrediya”ya qayıdıb-qayıtmayacağı isə sual altındadı. Çünki klubda növbəti mövsümün büdcəsi təsdiqlənməyib. Yalnız büdcə təsdiqləndikdən sonra Nicatın “Samtrediya”ya qayıdıb-qayıtmayacağı məlum olacaq.
Nicat bu mövsüm Gürcüstan çempionatında 10 matçda 4 qol vurub.