“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger futbolu nəyə görə sevdiyini barədə danışıb.
Newsport.az-ın məlumatına görə, Venger futbolun gözlənilməz ssenariləri ilə cəlbedici olduğunu deyib.
O, futbolu teatrla müqayisə edib: “Başqa məşqçilərin əzab çəkdiyini görəndə, rahatlaşıram. Öz-özümə deyirəm ki, hə, dostum, indi növbə sənindir.
Onu da deyim ki, oyunları kənardan izləmək mənim üçün daha asandır. Futbolu ona görə sevirəm ki, burda gözlənilməzliklər həmişə var.
Futbol teatr kimi deyil, eyni şəkildə başlayıb qurtarmır. Hər gecə futbola gedin və hər biri fərqli ssenaridə olacaq”.