İsrail çempionatında 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) səfərdə Hayfa “Makkabi”si ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç bərabərliklə başa çatıb – 2:2.
Bu, Təl-Əviv təmsilçisinin ardıcıl 3-cü heç-heçəsidir. İlk turda isə uduzan komanda çempionatda qələbəyə həsrətdir. “Makkabi” bu nəticədən sonra 3 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.