"Kayserispor" baş məşqçisi Bayram Bektaşla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin saytı məlumat yayıb.
Bildirilib ki, Super Liqanın VII turunda "Rizespor"la səfər oyunundan sonra Bayram Bektaş və onun kpməkçilərilə yollar ayrıldıb. Tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıblar.
Bayram Bektaş bu ilin avqustundan "Kayserispor"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümdə keçirdiyi 6 oyunda cəmi 6 xal toplaya bilib və 17-ci pillədə qərarlaşıb.