UEFA-nın prezidenti Aleksandr Çeferin VAR sistemindən mənasız yerə də istifadə olunmasından narazılıq edib.
Newsport.az-ın məlumatına görə, sloveniyalı rəhbər bunları deyib:
“Mənim ideyam belədir ki, VAR başadüşülən, aydın olan vəziyyətlərdə istifadə edilməlidir. Bəzi liqalarda oyun həddən artıq çox dayandırılır, VAR-a görə çox vaxt gedir. Bu, futbol üçün pisdir. Bir sıra qaydaların izahı ilə bağlı şübhələrim var. Bunlar əllə oyun, oyundankənar vəziyyətlərdəki 1-2 sm qaydalarıdır. Həmçinin bəzən penalti vaxtı qapı xəttini bir neçə santimetr keçən qapıçıları cəzalandırılmasını nəzərdə tuturam”.