Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 15-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Bani Yas” növbəti görüşünə çıxıb.
Almeydanın 90 dəqiqə meydanda olduğu qarşılaşmada komandası “Əl Dafra”ya qalib gəlib - 1:0. “Bani Yas” 15 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.