Emil Balayev: "Avropa zonası üçün mübarizəni davam etdirəcəyik"

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” klubu Qazaxıstan Premyer Liqasının 31-ci turunda “Kayrat”a 0:2 hesabı ilə uduzdu.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı qolkiper klubun saytına açıqlamasında oyunu şərh edib:

“Çempionat başa çatmayıb. İndi Avropa zonasından uzağıq. Qarşıda hələ oyunlar var və mübarizəni davam etdirəcəyik. İlk üçlüyə düşmək üçüb maksimum çox xal toplamaq haqda düşünürük”.

“Tobol” 31 turdan sonra 59 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right