Eşli Koul karyerasını başa vurdu

İngiltərə millisinin sabiq futbolçusu Eşli Koul karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı müdafiəçi "Sky Sports" kanalında veriliş zamanı karyerasını bitirdiyini söyləyib. Koul məşqçiliyə başlayacağını bildirib.

Eşli Koul 1997-2006-cı illərdə "Arsenal"da, 2006-2014-cü illərdə "Çelsi"də çıxış edib. O, "Roma", "Los Anceles Qalaksi" və "Derbi" klublarının da şərəfini qoruyub. Koul 107 dəfə İngiltərə millisinin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right