Emil Balayev baş məşqçisiz qaldı

Qazaxıstanın "Tobol" klubu baş məşqçisi Vladimir Qazzayevlə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, rusiyalı mütəxəssisin köməkçisi Nikolay Latış da vəzifəsindən ayrılıb.

"Tobol" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Jeness" klubu ilə oyunlarda mübarizəni dayandırmışdı.

39 yaşlı mütəxəssis bu ilin əvvəlindən Kostanay təmsilçisini çalışdırırdı.

Azərbaycan yığmasının üzvü Emil Balayev "Tobol"da çıxış edir. 25 yaşlı qapıçı Qazzayevin tələbiylə transer edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right