"Mançester Yunayted" mövsümlərarası fasilədə növbəti transferə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, mankunyanlar "Kristal Pelas"ın müdafiəçisi Aaron Uan-Bissakanı heyətinə qatmağa yaxındır. "Qırmızı şeytanlar"ın qarşıdakı həftədə keçidi açıqlayacağı iddia olunur. Mançester təmsilçisinin 21 yaşlı futbolçu üçün klubuna bonuslarla birlikdə təxminən 60 milyon funt-sterlinq ödəyəcəyi bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl "Suonsi"dən Daniel Ceymsi heyətinə qatıb.